"Səbail"in qapıçısı Nikolas Hagen ESPN nəşrinə açıqlamasında komandasının Azərbaycan Premyer Liqasındakı çıxışı barədə danışıb.
24 yaşlı qolkiper paytaxt təmsilçisinin getdikcə daha yaxşı nətyicələr qazanacağına inandığını deyib: "Nəticələr və komandanın çıxışından məmnunam. Uğurlu seriyamız var. Yuxarı pillələrə doğru irəliləyirik. Komanda özünü daha yaxşı hiss edir. Ən vacib olan öz oyunumuzu tapmağa başlayırıq. İlk yerlər uğrunda mübarizə aparmaq istəyirik və fikrimiz oyunumuzu yaxşılaşdırmağa davam etməkdir". Qeyd edək ki, Nikolas Hagen 2020/2021 mövsümün əvvəlindən "Səbail"də oynayır.