Ukrayna çempionatının 9-cu turunda əsas diqqətlər Kiyevə yönəlmişdi. Paytaxtda yerli “Dinamo” futbolçuları “Şaxtyor”u qəbul ediblər. Prinsipal rəqiblərin qarşılaşmasında qonaqlar sevinən tərəf olublar. Donetsk klubu bununla da həm də, lider “Dinamo” ilə xal fərqini 1-ə endirib.
“Dinamo” futbolçuları doğma meydanda “Şaxtyor”u qəbul ediblər. Prinsipial rəqiblərin oyununda hesab 34-cü dəqiqədə açılıb. Junuior Moraeş qonaqların ilk qolunu vurub. Fasilə ərəfəsində “Dinamo” meydanda azlıqda qalıb. Sergey Sidorçuk qırmızı vərəqə ilə cəzalandırılıb. Say üstünlüyü əldə edən “Şaxtyor” futbolçuları fasilədən sonra daha 2 qol vurublar. Markos Antonio və Alan Patrik fərqləniblər. Beləliklə “Şatxyor” 3:0 hesablı qələbə qazanıb. Bununla da xalların sayını 19-a yüksəldən Donetsk klubu lider “Dinamo” ilə xal fərqini 1-ə endirib. Qeyd edək ki, “Şaxtyor” çempionatda məğlub olmayan yeganə komandadır.