Avropa Liqasında “Qarabağ”ın digər rəqibləri “Vilyarreal”la “Makkabi Təl-Əviv” qarşılaşıb. İspaniya təmsilçisi 4 cavabsız qolla qələbə qazanıb.
Karlos Bakka dubl edib. Aleks Baena və Fer Nino hərəyə bir dəfə fərqlənib.
İspaniyada keçirilən daha bir görüş də diqqət çəkib. Söhbət La Liqanın lideri “Real-Sosyedad”la “AZ Alkmar”ın mübarizəsindən gedir. Matçın taleyini 1 qol həll edib. Meydan sahiblərindən Portunun qolu İspniya təmsilçisinə qələbə qazandırıb.
“Ludoqorets” – “Tottenhem” matçında 4 qol vurulub. İlk hissədə Harri Keynlə Lukas fərqlənib. İkinci yarıda meydan sahibləri toplardan birinin əvəzini çıxıblar. Klaudiu Keşeru hədəfdən yayınmayıb. İngiltərə təmsilçisindən Covani Lo Çelso mübarizəyə nöqtə qoyub: “Ludoqorets” – “Tottenhem”: 1:3.
“Riyeka” – “Napoli” görüşünə meydan sahibləri daha yaxşı başlayıblar. Robert Muriç neapolluların qapısına yol tapıb. Təşəbbüsü ələ alan qonaqlar əzmkar oyunla qalib gəliblər. Əvvəlcə, Dieqo Demme tarazlığı bərpa edib. İkinci hissədə isə xorvatiyalılardan Filip Braut avtoqol müəllifi olub. Beləliklə, “Napoli” 2:1 hesablı qələbə qazanıb.
“Benfika” – “Reyncers” matçında isə 6 qol vurulsa da, qalib müəyyənləşməyib. Hərəyə eyni sayda qol vuran komandalar 1 xalla kifayətləniblər. “Benfika” – “Reyncers”: 3-3.