UEFA Avropa Liqasında qrup mərhələsinin 3-cü turunun oyunları olub. “Qarabağ”ın bu dəfə qardaş Türkiyə təmsilçisi “Sivasspor”la qarşılaşıb. Görüş gərgin mübarizə ilə yadda qalıb.

UEFA Avropa Liqasında “Ay” qrupunun 3-cü turunda “Qarabağ” qardaş Türkiyənin”Sivasspor” klubu ilə görüşüb. Oyun gərginj mübarizə şəraitində keçib. İlk dəqiqələrdən üstünlüyü ələ alan meydan sahibləri erən qol vurublar. 11-ci dəqiqədə Caner Osmanpaşa hesabı açıb. Nisbətən təzyiqi artıran Ağdam təmsilçisi 31-ci dəqiqədə qola yaxın olsa da, zərbədə dəqiqlik çatmayıb. Çox keçmədən Sivas futbolçuları qapımız qarşısında iki təhlükəli vəziyyət yaradıblar. Lakin, meydan sahiblərinin 37 və 41-ci dəqiqədə hücumları nəticəsiz qalıb. İkinci yarıda komandamız üstünlüyü ələ alıb. 66-cı dəqiqədə Mahir Emrelinin zərbəsini rəqib qapıçı dəf edib. 73-cü dəqiqədə isə Ovusu Kvabena qol vurmağa yaxın olsa da, bunu bacarmayıb. Əvəzində “Sivasspor” ikinci topu qapımızdan keçirib. Kayode son dəqiqələrdə mübarizəyə nöqtə qoyub. 2 cavabsız qolla qalib gələn “Sivasspor” 3 xalla 3-cüdür. “Qarabağ” isə sonuncu pillədədir.