Milli Futbol Liqasında növbəti oyunlar olub. Şərq konfransının ön pillələrində qərarlaşan “Orlando Siti” və “Kolambus Kryu” görüşü azarkeşlərin diqqət mərkəzində olub.

Meydan sahiblərinin heyətində Kris Muller fərqlənib. Fasilədən sonra oyun daha gərgin mübarizə şəraitində keçib. 52 –ci dəqiqədə “Orlando Siti”nin heyətində Nani qırmızı vərəqə alaraq komandasını azlıqda qoyub. Say üstünlüyündən istifadə edən qonaqlar 4 dəqiqə sonra hesabda tarazlıq yaradıblar. Harisson Afful bərabərlik qolunu vurub. Lakin oyunun sonlarına yaxın tədricən hücumlarını gücləndirən meydan sahibləri  84-cü dəqiqədə qələbə qolunu vurmağa müvəffəq olublar.  Benji Mikayel görüşdə yekun nəticəni müəyyən edib:  “Orlando Siti” -  “Kolambus Kryu” 2-1

 Qeyd edək ki, xallarının sayını  41-ə çatdıran “Orlando Siti” Şərq konfransında 3-cü pilləyə yüksəlib. 38 xalı olan “Kolambus Kryu” 4-cüdür. Yarış cədvəlinə 44 xalla “Filadelfiya Yunion” başçılıq edir. Qərb konfransında isə 38 xalla “Portlent Timber” liderdir.