İtaliya A seriyasında 3-cü turdan təxirə salınan bir oyun keçirilib. Genuya şəhərində keçirilən matçda “Torino” qalib gəlib. Bu Turin klubunun mövsümdə ilk qələbəsidir.
İlk turda qalib gələndən sonra 3 xala həsrət qalan Genuya təmsilçisi azarkeşlərini yenə məyus edib. Torino isə əksinə. İlk 5 oyunda qələbəyə həsrət qalan Turin klubu nəhayət uğursuluğa son qoyub. Hesabı 10-cu dəqiqədə Saşa Lukiç açıb. 26-cı dəqiqədə hesab artıb. Bu dəfə “Cenoa”nın üzvü Luka Pellegrini avtoqol müəllifi olub. Meydan sahiblərinin gücü yalnız təsəlli qoluna çatıb. Canluka Skamakka görüşdə son nöqtəni qoyub. 2:1 hesabı ilə qalib gələrək mövsümdə ilk qələbəsini qazanan “Torino” 4 xalla turnir cədvəlində 18-ci yerdədir. “Cenoa” isə 5 xalla 16-cıdır. Yarış cədvəlinə 16 xalla “Milan” başçılıq edir.