Qarabağ” UEFA Avropa Liqasında bu gün növbəti oyununa çıxacaq. Komandamız qrup mərhələsinin 3-cü turunda Türkiyədə “Sivasspor”un qonağı olacaq. Qarşılaşmadan əvvəl ənənəvi mətbuat konfransında hər iki komandanın baş məşqşisi fikirlərini bildiriblər.
“Sivasspor”- “Qarabağ” matçından əvvəl təşkil olunan mətbaut konfransında komandamızın baş məşqçisi Qurban Qurbanov bildirib ki, Türkiyənin hər zaman dəstəyini görmüşük. “Başqa ölkədə deyilik, öz vətənimizdəyik” deyən təcrübəli mütəxəssis Qardaş Türkiyə olduqlarınan qürur hissi keçirdiklərini bildirib.
Qarşıdakı oyunla bağlı fikirlərini dəa çıqlayan Qurban Qurbanov hər ki komandaya uğrula arzulayıb. Baş məşqçimiz gözəl oyun və maksimum nəticə üçün meydana çıxacaqlarını deyib.
"Sivasspor"da matça ciddi hazırlaşıb. Komandanın baş məşqçisi Rıza Çalımbay "Qarabağ"la keçiriləcək oyunun onlar üşün final qarşılaşması olacağını qeyd edib.
Xatırladaq ki, “Yeni 4 Eylül” stadionunda keçiriləcək “Sivasspor” – “Qarabağ” görüşü Bu gün Bakı vaxtı ilə 21:55-də başlayacaq.