Futbol üzrə milli komandamızın baş məşqçisi Canni De Byazi yerli klublarımızla tanışlıq prosesini davam etdirir.

Belə ki, italiyalı mütəxəssis son olaraq “Qəbələ”nin hazırlıq prosesini izlıəyib. Baş məşqçi paytaxtda hazırlıq keçən bölgə klubunun Bakı Olimpiya Stadionunda keçən məşqinə gələrək futbolçular və texniki heyətlə tanış olub. Qeyd edək ki, son vaxtlar yaxşı təsir bağışlayan “Qəbələ” çempionatın 8-ci turunda “Sabah”ı məğlub edib. İstisna deyil ki, hazırda özlərini yaxşı tərəfdən göstərən klubun bəzi üzvləri italiyalı mütəxəssis tərəfindən qarşıdakı günlərdə milllinin növbəti toplanışına da dəvət olunsun.