“Sabah” klubu baş məşqçi Visente Qomesin istefaya göndəriləcəyi ilə bağlı xəbərləri təkzib edib.
Klubdan verilən məlumata görə, Premyer Liqanın son 5 turunda qeydə alınan məğlubiyyətə baxmayaraq, klub rəhbərliyi Visenite Qomesə növbəti dəfə etimad göstərib. Paytaxt təmsilçisi ispaniyalı mütəxəssisin vəziyyətdən çıxacağına və komandanı düzəldəcəyinə inanır. Xatırladaq ki, son olaraq 7-ci turda “Qəbələ”yə məğlub olan “Sabah” hazırda 6 xalla turnir cədvəlində sonuncu yerdədir.