Dünən futbol üzrə Azərbaycan Premyer Liqasında 8-ci tura yekun vurulub. Sonuncu oyun günündə iki görüş baş tutub.
Öncə “Sumqayıt” doğma meydanda “Neftçi” ilə üz-üzə gəlib. Bu görüşdə qapılara qol vurulmayıb.
Turun qapanış matçında isə son çempion “Qarabağ” bu mövsümə yaxşı start verən “Keşlə” ilə münasibətlərinə aydınlıq gətirib. Yeddi qolun qeydə alındığı matçda Ağdam klubu rəqibini biabırçı hesabla məğlub edib.
İlk oyun günündə “Qəbələ” doğma meydanda “Sabah”a 2:1 hesabıyla qalib gəlibsə, “Zirə” – “Səbail” matçında qapılara qol vurulmayıb.