Futbol üzrə Azərbaycan Premyer Liqasında 8-ci tura start verilib. İlk oyun günündə iki qarşılaşma baş tutub.


Öncə “Qəbələ” doğma meydanda “Sabah”la münasibətlərinə aydınlıq gətirib. Üç qolun qeydə alındığı bu görüş “Qəbələ”nin ilk qələbəsi, “Sabah”ın isə ardıcıl 5-ci məğlubiyyəti ilə başa çatıb. Günün digər oyunu “Zirə” ilə “Səbail” arasında baş tutub. Bu görüşdə isə ümumiyyətlə qapılara qol vurulmayıb.

Turun qalan iki oyunu (“Sumqayıt” – “Neftçi” və “Qarabağ” – “Keşlə”) sabah keçiriləcək.