Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramov türkiyəli həmkarı Mövlud Çavuşoğluna telefonla zəng edib.

Bu barədə Ceyhun Bayramov öz “Facebook” hesabında paylaşım edib.

Xarici İşlər naziri bildirib: “Qardaşım Mövlud Çavuşoğlu ilə telefon danışığında İzmir zəlzələsi nəticəsində həyatını itirənlərin ailə və yaxınlarına dərin hüznlə başsağlığı bildirdim, yaralılara Allahdan şəfa dilədim. Həmrəyliyimiz, dəstəyimiz, dualarımız sizinlədir, qardaş Türkiyə!”.