İngiltərə çempionatının 6-cı turunun son oyun günündə 2 görüş keçirilib.
Əvvəlcə, “Brayton” komandası “Vest Bromviç”i qəbul edib. Matça meydan sahibləri daha fəal başlayıblar. Fasiləyədək hesab açılıb. Qonaqlardan Ceyk Livermor avtoqol müəllifi olub. Gərgin mübarizə şəraitində keçən oyunun ikinci yarısında “Vest Bromviç” futbolçuları üstünlüyü ələ alıblar. Nəhayət, 83-cü dəqiqədə tarazlıq bərpa olunub. Karlan Qrant mübarizəyə nöqtə qoyub. “Brayton” - “Vest Bromviç”: 1-1.
Turun son görüşündə “Tottenhem” “Börnli”nin qonağı olub. İlk hissədə qapılar toxunulmaz qalıb. İkinci yarıda hücumlarınıə gücləndirən Joze Mourinyonun komandası 1 qolla məsələni həll edib. Hun Min Son “Tottenhem”ə qələbə qazandırıb.