İspaniyada isə məşhur “Vuelta” veloyürüşü davam edir. Artıq 6-ci mərhələ arxada qalıb.  Bu yarış ümumi sıralamada lider dəyişikliyinə səbəb olub.

-cı mərhələdə velosipedçilər 146,4 km məsafə qət ediblər. Gərgin və maraqlı idman mübarizəsində keçən yarışda yerli idmançı fərqlənib.  Astana komandasının üzvü İon İsaqirre 3 saat 41 dəqiqə nəticə ilə finiş xəttini 1-ci keçib. Kanadalı Maykl Vuds 2-ci yerlə kifayətlənib. İlk 3-lüyü portuqaliyalı Rui Koşta tamamlayıb. Sloveniyalı Primoj Roqliç finiş xəttini  20-ci keçib. Bu onun ümumi sıralamada liderliyi itirməsi ilə nəticələnib.

6 turdan sonra Ekvadorlu Riçard Karapas 1-ci pilləyə yüksəlib. O ən yaxın izləyicisi Böyük Britaniyalı Hyu Karti-ni 18 saniyə qabaqlayır. Liderdən 20 saniyə geri qalan irlandiyalı Deniel  Martin 3-cü pillədədir. Primoj Roqliç 4-cü yerə enib. O, liderdən 30 saniyə geri düşüb.