Avropa Liqasının qrup mərhələsinin ilk turunda baş tutacaq "Makkabi" (Tel-Əviv, İsrail) - "Qarabağ" oyununa təyinatlar açıqlanıb.
UEFA bu görüşü Şotlandiyadan olan hakimlər briqadasına həvalə edib. Qarşılaşmanın baş hakimi Con Biton olacaq. Ona yan xətlərdə Frensis Konnor və Daniel Makfarlan kömək edəcək. Dördüncü hakim funksiyasını Euan Anderson yerinə yetirəcək. Hakimlərin işinə serb Milan Karaciç qiymət verəcək. UEFA nümayəndəsi isə rusiyalı İvan Tsitoviç olacaq. Oktyabrın 22-də Tel-Əvivdəki "Blumfild" stadionunda keçiriləcək bu oyuna Bakı vaxtı ilə 23:00-da start veriləcək.
Yeri gəlmişkən, "Qarabağ"ın rəqibinin baş məqşsçisi Yorqos Donis sözügedən matçda texniki zonada ola bilməyəcək. Buna səbəb onun Çempionlar Liqasının pley-off mərhələsində "Zalsburq"la cavab oyununda (1:3) cəza almasıdı. Yunanıstanlı mütəxəssis sözügedən görüşdə texniki zonadan qovulub. Buna görə o, "Qarabağ"la matçı tribunadan izləməli olacaq.