Azərbaycanlı FIFA referisi Əliyar Ağayev beynəlxalq təyinat alıb.

Millətlər Liqasında Bolqarıstan - Uels matçını idarə edəcək. Ağayevə yan xətlərdə Akif Əmirəli və Zeynal Zeynalov kömək edəcək. Rəhim Həsənov isə dördüncü hakim funksiyasını yerinə yetirəcək. Albaniyalı Sokol Yareçi hakim-inspektor, litvalı Vladimir Buzmakov isə UEFA nümayəndəsi olacaq. Oktyabr;n 14-ü B Liqasının IV qrupunda Sofiyadakı Vasil Levski adına Milli Stadionda keçiriləcək qarşılaşma Bakı vaxtı ilə 22:45-də başlanacaq.