Parisdə Rolan Qaros turniri davam edir. “Böyük dəbilqə” seriyalı yarışda ¼ finalın görüşləri keçirilir. Mükafat fondu 38 milyon avro olan turnirdə favoritlər məğlubiyyətlə diqqət çəkiblər.

Kişilərin yarışında diqqətlər argetinalı Dieqo Şvartsmanla avstriyalı Dominik Tim arasında duelə yönəlmişdi. Gərgin mübarizə şəraitində keçən görüş 5 saatdan çox davam edib. Matçın favoriti sayılan Dominik Tim cəmi 2 setdə qələbə qazandığı halda, rəqibi 3 hissədə qalib gələrək yarımfinala yüksəlib.

Qadınların mübarizəsində ukraynalı Elina Svitolina ilə argetninalı Nadya Podoroskanın dueli xüsusi diqqət çəkib. WTA reytinqində 5-ci pillədə olan Svitolina özündən 126 pillə geridə olan rəqibinə hər iki setdə məğlub olub. Beləliklə, Svtitolina mübarizəni dayandırıb. Nadya isə yarımfinaldadır.