“Barselona” Viqoda “Selta”nın qonağı olub. Görüşə hücümlarla başlayan “Barselona” futbolçuları 11-ci dəqiqədə istəklərinə çatıblar. Ansu Fati hesabı açıb. Fasilə ərəfəsində “Barselona” meydanda azlıqda qalıb. Kleman Lanqle 2-ci dəfə sarı vərəqə ilə cəzalandırılıb. Sayca azlıqda qalmalarına baxmayaraq 2-ci hissənin əvvəlində qonaqlar hesabı artırıblar. “Selta”nın heyətində Lukas Olasa avtoqol müəllifi olub. Görüşdə son nöqtəni Serji Roberto qoyub. Beleliklə “Barselona” 3 cavabsız qolla qələbə qazanıb. Bununla da Kataloniya klubu 5 illik fasilədən sonra Viqoda qalib gəlib.  

“Sevilya” da ardıcıl 2-ci qalibiyyətini əldə edib. Komanda doğma meydanda “Levante”ni çətinliklə məğlub edib. Oyunun sonunda fərqlənən Yussef en Nesiri “Sevilya”ya minimal hesablı qələbə qazandırıb.

“Kadis” isə Bilbaoda “Atletik”ə minimal hesabla qalib gəlib. Görüşdə taleyini meydan shaiblərinin üzvü Unai Lopezin avtoqolu həll edib. Qeyd edək ki, “Kadis” matçı 9 nəfıərlə başa vurub. Komandanın heyətində Karlos Akapo və Alvaro Neqredo qırmızı vərəqə ilə cəzalandırılıb.