Dünən Avropa Liqasının pley-off mərhələsinə yekun vurulub. "Qarabağ" bu mərhələdə səfərdə Poşanın "Legiya" klubunun qonağı olub. Ağdam təmsilçisi oyuna sürətli başlasa da, hesabı aça bilməyib. İlk hissənin sonlarında rəqibin hesabı açmasına isə Şahruddin Məhəmmədəliyev mane olub. İlk hissə qolsuz bərabərıiklə başa çatıb. İkinci hissəyə isə Qurban Qurbanovun komandası qolla başlayıb. Matçın 50-ci dəqiqəsində Ovusunun ötürməsindən sonra Patrik Andrade hesabı açıb. Bu qoldan 12 dəqiqə sonra isə səhnəyə Abdullah Zubir çıxıb. Rəqibin müdafiə xəttini yaran Zubir topu qapıçının ayaqları arasından tora göndərib. 70-ci dəqiqədə isə komandamız üçüncü qolu rəqib qapısından keçirib. Andradenin ötürməsini Ozobiç fərqlənib və qarşılaşma "Qarabağ"ın 3:0 hesablı qələbəsi ilə başa çatıb.
Beləliklə, "Qarabağ" ardıcıl VII dəfə avrokubokların qrup mərhələsində mübarizə aparacaq.