İtaliya A Seriyasında ilk turdan təxirə salınan görüş keçirilib. “İnter” komandası səfərə “Benevento” ilə qarşılaşıb. Qonaqların üstünlüyü ilə keçən oyunda 7 qol vurulub. Rəqibindən daha dəqiq olan Milan təmsilçisi ardıcıl 2-ci oyununda da qalib gəlib.
Qarşılaşmanın elə ilk dəqiqəsində hesab açılıb. Romelu Lukaku fərqlənib. 25-ci dəqiqədə fərq artıb. Bu dəfə Roberto Qalyardini hədəfdən yayınmayıb. Çox keçmədən Lukaku dubl edib. Fasiləyədək daha 2 qol vurulub. Meydan sahiblərindən Canluka Kaprarinin qoluna, Əşrəf Hakimi dəqiq zərbə ilə cavab verib. İkinci yarıda isə uzun müddət hesab dəyişməyib. 71-ci dəqiqədə Lautaro Martinez hesabı 5:1 edib. “Benevento”dan Canluka Kaprari dubl edərək mübarizəyə nöqtə qoyub.