Avropa Liqasının pley-of mərhələsində Polşanın “Legiya” komandası ilə qarşılaşacaq. “Qarbabağ” artıq oyunun keçiriləcəyi Varşava şəhərindədir. Komandamızın baş məşqçisi və futbolçular qarşıdakı matçla bağlı fikirlərini bildiriblər. Son günlər ordumuzun cəbhədə erməni təxribatının qarşının uğurla aldıqlarını deyən klub üzvləri qəhrəman əsgərlərimizlə birlikdə olduqlarını vurğulayıblar.

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov səfərdən əvvəldən jurnalistlərə verdiyi açıqlamada son günlər cəbhədə baş verənlərə münasibət bildirib. 48 yaşlı mütəxəssis torpaqlarımızın qısa zamanda işğaldan azad edəcəyinə inandığı deyib. UEFA-nın hər hansı təxribatın qarşısının əvvəlcədən alınması üçün "Legiya" ilə oyuna xüsusi nümayəndə təyin etməsinə toxunan Qurbanov heç kimdən çəkinmədiklərini söyləyib. Qurban Qurbanov yalnız qələbəyə kökləndiklərini vurğulayıb: "Bilirik ki, vacib oyuna çıxacağıq. Mərhələ bir matçdan ibarətdir. Üstəlik, səfərdə oynayacağıq. Rəqib ardıcıl 4-cü matçını evdə keçirəcək. Yaxşı nəticə qazanmağa çalışacağıq.  Oyuna yaxşı hazırlaşmışıq. İnanıram ki, futbolçular vəziyyəti yaxşı dərk edirlər. Hamımız istəkli və arzuluyuq". 

Komandanın kapitanı Maksim Medvedev xalqımızı daha bir qələbə xəbəri ilə sevindirmək istədiklərini söyləyib: "Sevindirici hal odur ki, zədəli olan futbolçular artıq bizimlədir və matça çıxacaqlar. "Qarabağ" həmişəki kimi, öz oyununu nümayiş etdirə biləcək". Bu fikirlər kapitan Maksim Medvedevə məxususdur: “Avropa Liqasınına vəsiqə qazanmaq üçüm bu son imkandır. Ona görə əlimizdən gələni edəcəyik. Ölkədəki vəziyyət də bizə çox təsir edir. Çalışacağıq ki, bu ağır günlərdə xalqımızı öz nəticəmizlə sevindirək.

Komandamızım yarımmüdafiəçisi Qara Qarayev isə klubun vəzifəsinin Qarabağın adını həmişə ucalara qaldırmaq olduğunu söyləyib. Qeyd edək ki, oktyabrın 1-də Polşadakı "Voyska Polskoqo" stadionunda keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 22-də başlayacaq.