Vaxtilə “Keşlə” klubunda oynamış Yamaykalı legioner Arne Klenon yenidən Azərbaycana qayıda bilər. Bu barədə futbolçunun özü yerli mətbuata müsahibəsində bildirib. Onun sözlərinə görə meneceri Türkiyə, İran, Azərbaycan klubları ilə danışıqları davam etdirir. 31 yaşlı yarımmüdafiəçi koronovirus pandemiyasının danışıqlara mane olduğunu da diqqətə çatdırıb.
Qeyd edək ki, Andre Klennon "Keşlə"də 2018/2019 mövsümündə oynayıb. O, 26 oyuna 4 qol vurub.