"Çelsi" 2020/2021-ci illər mövsümünün ilk oyununa səfərdə "Brayton"a qarşı çıxıb. Qarşılıqlı hücumlar şəraitində kecən matçda hesabı qonaqlar açıblar. 23-cü dəqiqədə Meydan sahiblərinin qapıçısı Metyu Rayanın Timo Vernerə qarşı kobudluğuna görə təyin olunan penaltini Jorjinyo dəqiq yerinə yetirib. İlk hissə minimal hesabla başa çatıb. Fasilədən sonra "Brayton" futbolçuları tarazlığı bərpa ediblər. Leandro Trossard hesabı bərabərləşdirib. Lakin çox keçmədən "zadəganlar" yenidən üstünlük qazanıb. Ris Ceyms mükəmməl qolun müəllifi olub.Frenk Lempardın komandası inamlı çıxışını davam etdirərək 66-cı dəqiqədə fərqi artırıb. Bu dəfə Kurt Zuma diqqət mərkəzinə düşüb. Bu, matçda vurulan son qol olub. 

Beləliklə "Çelsi" səfərdə "Brayton"u 3:1 hesabilə məğlub edib.

Səfərdə "Şeffild"lə görüşən "Vulverhempton" isə erkən qollar sayəsində qələbə qazanıb. Artıq 3-cü dəqiqədə Raul Ximenes meydan sahiblərini cəzalandırıb. Az sonra Romen Sais rəqibin qapısına yol tapıb. ŞEFFİLD futbolçuları qalan vaxtda hesabı dəyişə bilməyiblər. Oyunun əvvəlində vurulan bu qollar "Vulverhempton"un qələbəsini təmin edib.