“Tour de France” veloyürüşünün 15-ci mərhələsində iştirakçılar 174,5 km məsafə qət ediblər. Sloveniyalı velosipedçi Tadey Poqaçar finiş xəttini rəqiblərindən tez keçib. O, 4 saat 34 dəqiqə 13 saniyə nəticə göstərib. Həmyerlisi Primoj Roqliç 2-ci olub. İlk üçlüyü isə avstraliyalı Riçi Porte tamamlayıb. Ümumi yarış cədvəlinə Primoj Roqliç başçılıq edir. O, 65 saat 37 dəqiqə 7 saniyə nəticə ilə birincidir. Tadey Poqaçar liderdən 40 saniyə geri qalır. Kolumbiyalı Uran Riqoberto isə 3-cüdür. 21 mərhələdən ibarət “Tur de Frans” veloyürüşünə sentyabrın 20-də yekun vurulacaq.