Françesko Totti “Roma”nın texniki direktoru ola bilər.İtaliya mətbuatının məlumatına görə, paytaxt klubunun yeni sahibi Den Fridkin sabiq kapitana bu barədə təklif göndərməyə hazırlaşır. Onun planına əsasən, Totti bir müddət “Roma”nın texniki direktoru olmalı, daha sonra vitse-prezident vəzifəsini turmalıdır. Məsələ ondadır kİ, klubun sabiq rəhbərliyi ilə münaqişə yaşayan Totti yeni idaretmə heyətinin üzvləri ilə isti münasibətdədir. O, hətta bir neçə dəfə klubun baş direktoru Qvido Fenqa ilə görüşüb. Yaxın günlərdə Tottinin klubun sahibi Din Fridkinlə danışıq aparacağı gözlənilir.
43 yaşlı sabiq futbolçu sentyabrın 27-də “Roma”nın texniki direktoru vəzifəsinə təyin oluna bilər.