“Mançester Siti” “Napoli”nin müdafiəçisi Kalidu Kulibalidən əl çəkmir.

“Sky Sport İtalia”nın məlumatına görə, premyer liqa təmsilçisi 29 yaşlı müdafiəçiyə görə italyanlara 75 milyon avro ilə yanaşı bonuslar da təklif etməyə hazırdır. Halbuki, bir müddət öncə “Napoli” “şəhərlilər”in 70 milyon avro dəyərində təklifini rədd etmişdi. Artıq İtaliya mətbuatı Kulibalinin “Siti” ilə müqavilə şərtlərini razılaşdırdığını yazır. Seneqal millisinin müdafiəçisinin “Napoli” ilə müqavilə müddəti 2023-cü ildə başa çatacaq.