Fransada keçirilən yarışın 2-ci mərhələsi arxada qalıb.“Tour de France” veloyürüşünün 6-cı mərhələsində iştirakçılar 191 km məsafəni qət ediblər.Qazaxıstanlı velosipedçi Aleksey Lutsenko finiş xəttini rəqiblərindən tez keçib. O, 4 saat 32 dəqiqə 34 saniyə nəticə göstərib. İspaniya idmançısı Herrada Lopes 2-ci olub. İlk üçlüyü isə belçikalı Qreq Van Avermet tamamlayıb. Ümumi yarış cədvəlinə britaniyalı Adam Yeyts başçılıq edir. O, 27 saat 3 dəqiqə 57 saniyə nəticə ilə birincidir. Sloveniyalı Primoj Roqliç liderdən cəmi 3 saniyə geri qalır. Həmyerlisi Tadey Poqaçar isə 3-cüdür.