Yoxlama görüşlərində “İstanbulspor” və “Ümraniyəspor”a qalib gələn “Qalatasaray” növbəti görüşünə çıxıb. Bu dəfə rəqib “Hatayspor” olub.İlk hissədə hesab açılıb. “Qalatasaray”ın heyətindən Arda Turan fərqlənib. Fasiləyə üstün yollanan “sarı-qırmızılar” ikinci yarıda təşəbbüsü əldən veriblər.Rəqib komanda 66-cı dəqiqədə tarazlığı bərpa edib.Gökhan Karadeniz topu qapıdan keçirib. Qalan vaxtda qol olmadığından görüş heç-heçə yekunlaşıb. “Qalatasaray” – “Hatayspor”: 1-1.