Azərbaycan Premyer Liqasının 2-ci turuna hazırlığı davam etdirən “Sabah” yoxlama oyununda qüvvəsini sınayacaq. Visente Qomesin rəhbərlik etdiyi kollektiv “Sumqayıt”la üz-üzə gələcək.Bu barədə paytaxt klubunun rəsmi saytı məlumat yayıb. Görüş sentyabrın 5-də Masazırdakı stadionda baş tutacaq. Oyuna saat 19:00-da start veriləcək.