"Barselona"nın futbolçusu Luis Suares karyerasını "Yuventus"da davam etdirməyə yaxındır. "La Gazzetta dello Sport"un məlumatına görə, ötən həftə Turin klubunun vitse-prezidenti Pavel Nedved 33 yaşlı oyunçunun agenti ilə görüşüb. Bundan sonra tərəflər maliyyə məsələlərini danışıblar. İkinci görüşdə uruqvaylı hücumçuya illik 10 milyon avro maaş ödənməsi şərti ilə razılıq əldə olunub.

   Qeyd edək ki, Suares ötən mövsüm 36 matçda 21 qol vurub, 12 məhsuldar ötürmə edib.