“Barselona”dan ayrılan İvan Rakitiçin “Sevilya”ya keçidi rəsmiləşib. Xorvatiyalı yarımmüdafiəçi ilə  2024-cü ilin yayınadək müqavilə imzalanıb. “Sevilya” bu keçid üçün “Barselona”ya 1,5 milyon avro təzminat ödəyib. Gələcəkdə Əndəlus təmsilçisi 9 milyon avro bonus da ödəməli olacaq.

Qeyd edək ki, 32 yaşlı Rakitiç  2011-2014-cü illərdə də "Sevilya"da çıxış edib. O, son altı ildə “Barselona”nın uğurları üçün çalışıb. Rakitiç Kataloniya təmsilçisində 310 oyuna çıxıb, 36 qol vurub.