“Qarabağ”ın Çempionlar Liqasının 3-cü təsnifat mərhələsindəki rəqibi “Molde” Ağdam klubu ilə Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin oyununun neytral meydanda keçirilməsini istəyir. Bu barədə Norveç təmsilçisi Azərbaycan çempionuna müraciət də ünvanlayıb.Ancaq qarşı tərəfin bu müraciətinə müsbət cavab verilməyib.“Molde”nin ölkəmizə gəlmək istəmədiklərinin səbəbi kimi Norveç hökumətinin koronavirus pandemiyasına görə qoyduğu karantin tələbləri ilə əlaqələbdirib.Belə ki, Norveç hökumətinin qərarına əsasən ölkədən giriş-çıxış zamanı 10 gün karantinə alınırsan. Norveç tərəfi “Qarabağ”a neytral meydanda oynamağı təklif edir. Özlərinin seçdiyi 5-6 məkan barədə məlumat da göndəriblər.
“Qarabağ”ın mətbuat katibi Nurlan İbrahimovun sözlərinə görə burada bərabərlik hüququ pozulduğu üçün klub “Molde”nin təklifi ilə razılaşmayıb:“Ölkəmizdə matçın ən yüksək səviyyədə keçirilməsi üçün bütün şəraitin yaradıldığını UEFA-ya bildirmişik və qurumdan cavab gözləyirik”.