İstanbulun “Beşiktaş” klubu hücum xəttində olan problemləri tezliklə aradan qaldırmaq niyyətindədir. Belə ki, komanda həmin cinah üçün 2 futbolçuyla danışıqlara başlayıb. “Qara qartal” əvvəlcə müqaviləylə Madrid “Atletiko”suna məxsus olan, lakin İtaliyanın “Roma” klubunda icarə əsasında çıxış edən Nikola Kaliniç ilə razılaşmağa çalışır. İstanbul təmsilçisinin növbəti hədəfi isə “Portu”nun üzvü Ze Luişdir. Hər iki futbolçu ilə anlaşmanın təfərrüatları barədə yaxın günlərdə məlumat veriləcək.