Zlatan İbrahimoviçin “Milan”dakı taleyinə aydınlıq gəlib.İsveçli hücumçunun gələcəyi ilə bağlı bir çox şayiələr yayılsa da, onun “Rossoneri”də qalacağı məlum olub. 38 yaşlı hücumçu klubu ilə yeni - 1 illik müqavilə imzalayacaq. O, yeni sövdələşməyə əsasən 7 milyon avro məvacib alacaq. Həmin məbləğə bonuslar daxil deyil. Bu ilin yanvarında “Milan”a qayıdan Zlatan A seriyasında 18 görüşdə 10 qol vurmuşdu. O, klubun 13 oyundan ibarət məğlubiyyətsizlik seriyası müəyyənləşdirməsində böyük rol oynamışdı.