UEFA Avropa liqasında 1-ci təsnifat mərhələsinin oyunları keçirilib. "Neftçi" Şimali Makedoniyanın "Şkupi" komandası ilə görüşdə qələbə qazanaraq növbəti mərhələyə adlayıb.1-ci hissədə hesab açılmayıb. İlk qol 66-cı dəqiqəyə təsadüf edib. Bakı təmsilçisinin yeni transferi Sabir Buqren rəqibi cəzalandırıb. Çox keçmədən "Şkupi" azlıqda qalıb. Umar Qudyabi meydandan çıxarılıb. Say üstünlüyü qazanan "Neftçi" vaxtın bitməsinə 2 dəqiqə qalmış fərqi artırıb. Bu dəfə Anton Krivotsyuk qonaqları məyus edib. Şimali Makedoniya futbolçuları sona yaxın qollardan birinin əvəzini çıxıblar. Darbo Dembo yekun nəticəni müəyyənləşdirib. “Neftçi” – “Şkupi” 2:1.
Beləcə paytaxt futbolçuları avroliqada 2-ci təsnifat mərhələsinə vəsiqə qazanıblar.