Milli komandamızın keçmiş qapıçısı Kamran Ağayevin klubsuz günləri başa çatıb.Təcrübəli qolkiper paytaxtın “Səbail” klubuna keçib. "Dənizçilər"onunla mövsümün sonuna qədər müqavilə imzalayıb. Qeyd edək ki, 34 yaşlı qapıçı 2018/19 mövsümündə "Keşlə"dən ayrıldıqdan sonra klubsuz qalmışdı.