Hücum xəttində problemləri olan “Neftçi” klubu futbolçu axtarışlarını davam etdirir. Paytaxt klubu son olaraq portuqaliyalı futbolçu Ze Manuelə təklif göndərib. Adıçəkilən futbolçu Portuqaliyalda «Santa Kara» klubunda oynayır. 29 yaşlı forvard vaxtilə Portuqaliyanıın U-18 yığmasının şərəfini qoruyub. «Merelinense»nin yetirməsi olan Ze manuel karyerası ərzində «Braqa», «Boavişta», «Portu», «Vitoriya Setubal», «Visla Krakov» və digər komandalarda çıxış edib. 2018-ci ildən «Santa Klara» oynayan hücumçu bu müddətdə 54 oyuna çıxaraq 12 qol vurub. «Neftçi»nin rəsmi təklif göndərdiyi portuqaliyalı şərtləri qəbul edərsə, onunla 2 illik müqavilə imzalanacaq.