“Real”ın baş məşqçisi Zinəddin Zidan ÇL-in finalı ilə bağlı fikirlərini bölüşüb.
Fransalı mütəxəssis ölkəsini təmsil edən PSJ-nin təsadüfən finala çıxmadığını söyləyib: “ÇL-in finalında oynamağın nə demək olduğunu yaxşı bilirik. Belə oyunların favoriti olmur. Həmin gün rəqibindən üstün futbol oynamalısan. Həqiqətən də, PSJ və “Bavariya” timsalında iki güclü komanda üz-üzə gəlir. Finala təsadüfən çıxmırlar. Bu mərhələdə oynamaq imkanl əldə edən komanda orada oynamağa layiqdir. Turnirdə yüksək səviyyəli rəqabət var. PSJ finalda oynamağa layiq komandadır. Ümumiyyətlə, bir Fransa komandasının ÇL-də bu qədər irəliləməsi ölkə futbolu adına böyük uğurdur”.
Xatırladaq ki, avqustun 23-də Lissabonun “Da Luj” stadionunda PSJ ilə “Bavariya” Çempionlar Liqasının kubokunu qazanmaq üçün mübarizə aparacaq.