"Qarabağ"ın UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində qarşılaşacağı komandanın adına aydınlıq gəlib. Bu,Moldovanın “Şerif” klubu olub. Tiraspol təmsilçisi I təsnifat mərhələsində yekunlaşan görüşdə Lüksemburqun “Fola Eş” klubunu doğma meydanda  2:0 hesabıyla məğlub edərək buna nail olub. "Fola Eş" isə mübarizəni Avropa Liqasının II təsnifat mərhələsində davam etdirəcək.

  Bu komandalar arasında qarşılaşma avqustun 26-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Saat 20:00-da start götürəcək matçı qazaxıstanlı hakim Furkat Atajanov idarə edəcək. Ona yan xətt hakimləri Sergey Kalaçyov və Darhan Tulegenov köməklik göstərəcək. Dördüncü hakim funksiyasını isə Qrigori Moskovçenko yerinə yetirəcək. 

  Qeyd edək ki, "Qarabağ" I təsnifat mərhələsində Makedoniya "Sileks"ini 4:0 ilə hesabı darmadağın edib.