İspaniyanın “Barselona” klubu baş məşqçisi Kike Setyen ilə yollarını ayırıb. Bu barədə La Liqa təmsilçisinin prezidenti Xosep Bartomeu açıqlama verib. Artıq yeni baş məşqçi axtarışlarına start verən katalonların bəzi namizədləri də məlum olub. Belə ki, 61 yaşlı mütəxəssisi Maurisio Poçettino, hazırda Hollandiya millisinə rəhbərlik edən Ronald Kuman və ya "Barselona"nın keçmiş kapitanı, hazırda Qətərin "Əl-Sədd" komandasının çalışdırıcısı olan Xavi əvəzləyə bilər. 

  Kike Setyen “Barselona”ya mövsümün yarısında Ernesto Valverdenin əvəzinə vəzifəyə gətirilib. İspaniyalı mütəxəssisin rəhbərliyi ilə katalonlar La Liqada çempionluq yarışında məğlub olub. Ayrılmanın əsas səbəb isə komandanın UEFA Çempionlar Liqasının ¼ finalında “Bavariya”ya 2:8 hesablı rüsvayçı nəticəsi olub.