“Keşlə”nin yeni baş məşqçisi müəyyənləşib. Klubun saytının xəbərinə görə "qırmızılar"ı bundan sonra Yunis Hüseynov çalışdıracaq. O, bu vəzifədə Tərlan Əhmədovu əvəz edib.
“Keşlə” həmçinin növbəti transferini də reallaşdırıb. Braziliyalı müdafiəçi Artur Batista De Souza ilə mövsümün sonuna kimi müqavilə imzalayıb. Son iki mövsümü Ukraynanın “Vorskla” klubunda keçirən 26 yaşlı futbolçu, 29 oyunda 3 məhsuldar ötürmə edib.