“Barselona” Luis Suareslə ayrıla bilər.

İspaniyanın nüfuzlu “El Mundo Deportivo” nəşrinin məlumatına görə, ÇL-in ¼ finalında “Bavariya”ya 2:8 hesabı ilə məğlubiyyətdən sonra klub rəhbərliyi yüksək məvacib alan bir neçə oyunçu ilə ayrılmaq istəyir. Belə oyunçulardan biri də uruqvaylı hücumçudur. Klub rəhbərliyi 33 yaşlı hücumçunu satıb büdcəsinə qənaət etmək istəyir.

Xatırladaq ki, Suares 2014-cü ildə “Liverpul”dan “Barselona”ya keçmişdi. O, bu mövsüm bütün turnirləri nəzərə almaqla keçirdiyi 36 oyunda 21 qol və 10 məhsuldar ötürmə ilə yadda qalıb.