İstanbulun digər klubu “Beşiktaş” da yeni transferini təqdim edib. “Qara Qartal” “Alanyaspor”da çıxış edən Fabris Ensakala ilə müqavilə imzalayıb. Konqolu müdafiəçi ilə 2 illik razılaşma əldə olunub. Etimadları doğruldacağı təqdirdə Ensakalaya 1 il daha “Beşiktaş”da çıxış etmək imkanı təklif olunacaq. 30 yaşlı futbolçunun maaşı 850 min avro olacaq.

  Fabris Ensakala karyerası ərzində “Trua” və “Anderlext” kimi klublarda forma geyinib. O, 2016-cı ildən “Alanyaspor”un heyətində çıxış edir.