Nəhayət "Barselona" nın qapıçısı Ter Ştegen klubla müqaviləsini yeniləməyə razılıq verib. Xatırladaq ki, onun məvacibi ilə bağlı klubla anlaşa bilmədiyi barədə xəbərlər yayılmışdı.28 yaşlı almaniyalı qapıçı Katoloniya təmsilçisi ilə müqavilə müddətini 2025-ci ilə qədər artıracaq.
O, bu mövsüm La Liqada “Barsa”nın heyətində 36 oyunda çıxış edib ki, bunların da 12-də qapısını toxunulmaz saxlayıb.