"Bornmut"un futbolçusu Natan Aken karyerasını "Mançester Siti"də davam etdirəcək. “Şəhərlilər"in rəsmi saytının məlumatına görə 25 yaşlı müdafiəçinin keçidi təsdiqini tapıb. Onunla  5 illik müqavilə bağlanılıb. "Siti" hollandiyalı oyunçunun transferi üçün qarşı tərəfə 41 milyon funt sterlinq ödəyib.

 Qeyd edək ki, 2017-ci ildə "Çelsi"dən 22,8 milyon avroya "Bornmut" a keçən Natan Aken  bu mövsüm Premyer Liqada  29 oyuna 2 qol vurub və  2 məhsuldar ötürmə edib.