Çin çempionatında 3-cü turun görüşləri keçirilir. İlk iki turda qalib gələn “Quançjou Everqrand” yenidən azarkeşlərini sevindirib. Bu dəfə “Şençjen” komandasının qonağı olan futbolçular oyuna daha yaxşı başlayıblar. İlk hissədə iki qol vurulub. 28-ci dəqiqədə Vey Şihao hesabı açıb. Çox keçmədən fərq artıb. Bu dəfə Çanq Linpen hədəfdən yayınmayıb.Fasiləyə üstün yollanan qonaqlar 53-cü dəqiqədə mərkəzə dəvət olunublar. Meydan sahiblərindən Con Meri rəqib qapısına yol tapıb: 1:2.
Oyunun sonlarında qonaqların braziliyalı futbolçusu Paulinyo mübarizəyə nöqtə qoyub: 3:1. Bununla da, çıxdığı hər 3 görüşdə qələbə qazanan “Quançjou Everqrand” 9 xalla liderliyini davam etdirir.