“Mançester Yunayted” futbolçusu Brandon Uilyamsla müqavilənin müddətini uzadıb. Klubun rəsmi saytında verilən məlumata görə, 19 yaşlı müdafiəçi ilə 4 illik sözləşmə imzalanıb. “Mançester Yunayted”in yetirməsi olan Uilyams Premyer Liqada son mövsüm 17 oyuna çıxıb, 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.