Avropa liqasında çıxış edəcək komandamız “Neftçi” heyətini gücləndirməyə çalışır. Paytaxt klubunun Bolqarıstan millisinin üzvü Martin Raynovla maraqlandığı bildirilir.Məlumatlara görə 28 yaşlı yarımmüdafiəçi "ağ-qaralar"dan də təklif alıb. Lakin tərəflər ortaq məxrəcə gələ bilmədiyindən, danışıqlar dayandırılıb. Raynovun yenidən son klubu Sofiya "Levski"sinə qayıtma ehtimalı var.
Qeyd edək ki, karyerası ərzində yalnız Bolqarıstan klublarında oynayan Martin yığmada 7 görüşdə meydana çıxıb.