“Barselona” Nelson Semedu ilə müqavilənin müddətini artırmaq istəyir.Hazırda 2022-ci ilə kimi komanda ilə sözləşməsi olan portuqaliyalının müqaviləsi 2025-ci ilə kimi artırılacaq. Bundan başqa onun sərbəst qalmaq qiyməti və maaşı da yüksəldiləcək.  

 Bir sıra klubların diqqət mərkəzində olan 26 yaşlı portuqaliyalı müdafiəçi bu mövsüm La Liqada 32 oyuna 1 qol və 4 assitlə yadda qalıb.