İstanbulun “Qalatasaray” klubu yeni mövsüm üçün hazırlıqlarını davam etdirir. Komandada futbolçu heyəti ilə yanaşı, məşqçilər korpusunda da dəyişikliklərin olacağı gözlənilir.
Xatırladaq ki, bundan əvvəl komandanın məşqçisi Hasan Şaş öz istəyi ilə “sarı-qırmızılar” dan ayrılmışdı. Superliqanın yekunlaşmasından sonra Ümit Davalayla, Levent Şahinin də komandanı tərk etməsi dəqiqləşib.